İçərişəhərdə partlayış – 5 nəfər yaralandı

Bakıda qaz sızmasından partlayış baş verib.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə İçərişəhərdə baş verib.

İlyas Əfəndiyev 10 ünvanında yerləşən yaşayış binasında baş verən qaz sızması nəticəsində yaranan partlayışda 5 nəfər xəsarət alıb.

Hazırda yanğınsöndürənlər əraziyə cəlb olunub.

TƏBİB-dən verilən məlumata görə, hazırda təcili tibbi yardım avtomobilləri hadisə yerindədir.

3 nəfər Respublika Yanıq Mərkəzinə aparılıb.

Ətraflı məlumat veriləcək.


Bütün xəbərlər