Elnarənin iddiası: “İl başlanandan “oxumursuz”, “efirlərə çıxmırsız”…”

Müğənni Elnarə Xəlilova il ərzində gördüyü işlərin siyahısını təqdim edib.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, çəkdirdiyi klipləri, oxuduğu mahnıları sadalayan sənətçi özünü hamıdan üstün görüb:

“Elə bilirəm bu il yaşıdlarım arasında özüm təki məhsuldar ikinci biri olmayıb. İl başlanandan “oxumursuz”, “efirlərə çıxmırsız” adlı tənələrlə çox rastlaşdım. Özümə də, sizə də əziz tamaşaçılar, bunun belə olmadığını sübut etməyi borc bildim və elədim də.

Buna görə də özümlə qürur duyuram! Növbəti ildə əminəm ki, bundan da gözəl layihələrə imza atacağıq. İl ərzində 11 iş, zarafat deyil”.


Bütün xəbərlər