“Mən heç kimin yerinə keçməmişəm” – Nazilədən açıqlama

Şairə Nazilə Səfərli ARB kanalında yayımlanan “Üçəlli” proqramının bağlanılması və onun yerinə həftəiçi beş gün “Ona qalsa” verilişinə aparıcılıq etməsi məsələsinə ydınlıq gətirib.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, Nazilə sosial media hesabında aktyorlar Həsən Həsrətli və Ülvi Həsənli ilə fotosunu paylaşaraq heç kim yerini tutmadığını qeyd edib:

“Kim nə deyir, desin, hara yozur, yozsun. Bir danılmaz həqiqət var: Həsən, Ülvi və Nazilə dostdur, vəssalam. Mən heç kimin yerinə keçməmişəm. Onlar 10 yanvardan “Üçəlli” olaraq gecə verilişinə başlayır. Hamımıza uğurlar!”.

Qeyd edək ki, Ülvinin sosial şəbəkələrdə intim videosu yayıldıqdan sonra onun adıçəkilən verilişdən qovulduğu, proqramın bağlandığı, yerinə isə Nazilənn aparıcılığı ilə digər bir layihənin nümayiş olunacağı deyilirdi.


Bütün xəbərlər