Azərbaycanlı “Robinzon Kruzo” vəfat etdi

Neftçalada yerli sakinlərin “Robinzon Kruzo” ləqəbi verdikləri şəxs – Vitali Pronin dünyasını dəyişib.

İnterval.Az Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kürdili adasında baş verib.

Adada tək-tənha yaşayan Vitali Pronin özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.

Qeyd edək ki, Kürdili ötən əsrin 80-ci illərinə kimi rayonun ən abad kəndlərindən biri olub. Xəzər dənizində suyun səviyyəsi qalxdığından kəndin bir hissəsi su altında qalıb. Bununla da Kürdili adaya çevrilib. Bundan sonra adada yalnız Proninlər ailəsi qalıb. Vitali Pronin də adanın son sakini idi.


Bütün xəbərlər