Rusiyada bir gündə 10 mindən çox insan koronavirusa yoluxdu

Rusiyada son sutkada 10 633 nəfərin koronavirusa yoluxduğu məlum olub.

İnterval.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Beləliklə, Rusiyada COVID-19-a yoluxanların sayı 134 687 nəfərə çatıb. Ölkədə bir gündə virusdan ölənlərin sayı 58 nəfər olub. Ümumilikdə ölənlərin sayı 1 280-ə yüksəlib.


Bütün xəbərlər