Xorvatiya Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, rifah və ali dövləti fəaliyyətinizdə nailiyyətlər arzu etməkdən şərəf duyuram.

Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar arzulayıram.

Mən Azərbaycan və Xorvatiya arasında qarşılıqlı maraq doğuran bir çox sahələrdə, xüsusən də iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsi üçün gələcək əməkdaşlığımızı və görüşlərimizi səbirsizliklə gözləyirəm. Hesab edirəm ki, Xorvatiya və Azərbaycan şirkətləri arasında daha yaxşı əməkdaşlığı təşviq etmək, qarşılıqlı investisiya qoyuluşlarına marağı stimullaşdırmaq xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm”.


Bütün xəbərlər