Bakıda bankir oğlunun ölümü ilə bağlı cinayət işi başlandı – 15 yaşlı oğlan anasının vurduğu iynədən ölüb – YENİLƏNİB

Bakıda 16 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi başlanıb.

İnterval.Az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, fevralın 17-də paytaxtın Nərimanov rayonu, M.Araz küçəsi ev 2 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, “Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin oğlu anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib və həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb.

*  *  *

Bakıda 15 yaşlı oğlan anasının vurduğu iynədən sonra dünyasını dəyişib.

İnterval.Az xəbər verir ki, TƏBİB-dən Trend-ə verilən məlumata görə, 15 yaşlı oğlan anasının ev şəraitində vurduğu iynədən sonra anafilaktik şok keçirib:

“Məmməd Araz 2 ünvanında anasının vurduğu iynədən sonra anafilaktik şok keçirib və təcili tibbi yardım briqadası hadisə yerinə çağırılıb. Daha iki briqada isə özəl xəstəxanadan çağırılıb. Həkimlərin səyinə baxmayaraq, oğlanı həyata qaytarmaq mümkün olmayıb”.


Bütün xəbərlər