Sürücülərə xəbərdarlıq – VİDEO

Bayramdan sonra yollardakı sıxlıq və hava şəraiti diqqət tələb edir.
İnterval.Az REAL-a istinadən bildirir ki, bayram ərəfəsində bölgələrə istirahətə üz tutan vətəndaşlar, havanın qarlı və yolların buz bağlamasını nəzərə almalıdılar.

Belə ki, dağ və dağ ətəyi rayonlarında avtomobil yollarında, havanın yağıntılı olması ilə əlaqədar olaraq, sürücülər hərəkət sürətini düzgün seçməlidilər, yol hərəkətinin bütün elementlərini nəzərə almalıdılar.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, əsasən axşam və səhər saatlarında sürücülər diqqətli olmalıdırlar.

Qeyd edək ki, dağ və dağətəyi rayonlarda yağıntılar davam edir. Xüsusi olaraq dumanlı və qarlı havada sürücülər dahada diqqətli olmalıdılar.


Bütün xəbərlər