İtaliyada son sutkada koronavirusdan 323 nəfər dünyasını dəyişib

İtaliyada yeni koronavirus qurbanlarının sayı son sutkada 323 artmaqla 27 682 nəfərə çatıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti bildirib.

Pandemiyanın başlanmasından indiyədək İtaliyada yoluxanların ümumi sayı sutka ərzində 2 086 nəfər olmaqla 203 591 nəfərə, sağalanların sayı isə 710 252 nəfərə çatıb.

Reanimasiya şöbələrində 1 956 nəfər müalicə almağa davam edir.


Bütün xəbərlər