“Imagine Dragons” səhnədən gedir

Məşhur “Imagine Dragons” qrupunun solisti Den Reynolds müvəqqəti olaraq qrupdakı fəaliyyətinə fasilə verib.

İnterval.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə ifaçının sıx iş rejiminə görə ailəsinə vaxt ayıra bilməməsidir. Bu yaxınlarda 4-cü dəfə ata olan sənətçi artıq həyat yoldaşı və övladları ilə birlikdə Las-Veqasda dincəlir.

Qeyd edək ki, qrupun digər üzvləri də bir müddətlik yaradıcılıqlarına fasilə veriblər.


Bütün xəbərlər