Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv etdi

Türkiyə ordusu PKK-nın 12 terrorçusunu məhv edib.

İnterval.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin “Barış bulağı” ərazisində Tel-Abyad məntəqəsinə dünən gecə saatlarında 15-dək PKK/YPG-li terrorçu hücum edib.

TSK-nın hərbi heyəti bölgədə təhlükəsizliyi və sabitliyi pozmağa cəhd edən terrorçulardan 12-ni zərərsizləşdirib.

“Bölgədə sülhün, sabitliyin davam etməsi üçün kəşfiyyat, nəzarət və humanitar dəstək fəaliyyətlərimiz fasiləsiz olaraq davam edir”, – açıqlamada bildirilib.


Bütün xəbərlər