Marko Roys evləndi

Dortmund “Borussiya”sının və Almaniya millisinin üzvü Marko Roys evlənib.

İnterval.Az qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu almaniyalı model Skarlett Hartmannla ailə həyatı qurub. Onların toyu dekabrın 21-də olub.

Qeyd edək ki, 2015-ci ildən bir yerdə olan cütlüyün bu ilin mart ayında qızları dünyaya gəlib.


Bütün xəbərlər