Gürcüstanda tibbi maskaların xaricə göndərilməsinə qadağa qoyulub

Gürcüstanın “Georgian Post” poçt xidməti tibbi maskaların ilə ölkə xaricinə göndərilməsinə qadağa qoyub.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin “Facebook” şəbəkəsində məlumat yerləşdirilib. Bildirilib ki, tibbi maskaların göndərildiyi poçt bağlamaları müsadirə oluna və ya geri qaytarıla bilər.

Bağlamanın göndərilməsinə görə ödənilən məbləğ isə geri qaytarılmayacaq.


Bütün xəbərlər