Bakıda 100 min dollar qazanan məşhur türk aparıcısı yenə gəlir

Show TV-də yayımlanan “Hayat Güzeldir” proqramının aparıcısı, məşhur model Özge Ulusoy yenidən Azərbaycana gələcək.

İnterval.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Türkiyə KİV-lərinə açıqlamasında bildirib. Özge tezliklə Bakıda olacağını, burada reklam çəkilişində iştirak edəcəyini qeyd edib:

“Yeni layihələrim çoxdur. Çəkiliş üçün Azərbaycana gedəcəm. Bir brendin siması oldum. Bundan əlavə, Türkiyədə bir serial və kinoda rol almağım barədə təkliflər var. Mənə uyğun bir layihə olsa, yer alaram”.

Qeyd edək ki, model ötən ilin sentyabrında Bakıda tekstil markasının siması olmuşdu. O, reklamda çəkilmək qarşılığında 100 min dollar dəyərində qonorar əldə etmişdi.


Bütün xəbərlər