Dövlət Miqrasiya Xidmətində kadr dəyişikliyi – FOTO

Dövlət Miqrasiya Xidmətində kadr dəyişikliyi baş verib.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Xidmətin rəisi Vüsal Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, Elnur Kələntərov DMX-nın İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.

O, bundan əvvəl DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, E.Kələntərov əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.


Bütün xəbərlər