Misir mətbuatı 20 Yanvar faciəsindən yazıb

Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar məqaləsi Misirin kütləvi informasiya vasitələrində geniş şəkildə dərc edilib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, məqaləsində səfir T.Rzayev 1990-cı il 20 yanvar hadisələri barədə məlumat verərək, 20 yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edib, Sovet ordusunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnikadan və odlu silahlardan istifadə etdiyini vurğulayıb və 20 yanvar əməliyyatı nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyi və 700-dən artıq insanın isə yaralandığı barədə məlumat verib.

Səfir bütün çətinliklərə baxmayaraq, o zaman ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də siyasi iradə nümayiş etdirərək, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyən bəyanatla çıxış etdiyini vurğulayıb, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini deyib.


Bütün xəbərlər