Tehranda Azərbaycan-Türkiyə-İran üçtərəfli iclası keçiriləcək

Yaxın gələcəkdə İran, Azərbaycan və Türkiyə rəsmilərinin iştirakı ilə Tehranda üçtərəfli iclas keçiriləcək.

Interval.Az bildirir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirilən mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, iclasda bir çox məsələlər, o cümlədən regional əməkdaşlıq müzakirə olunacaq.

İranlı rəsmi iclasın baş tutacağı tarixi açıqlamayıb.

Interval.Az


Bütün xəbərlər