“Feysbuk” tətbiqi silinəcəkmi? – DİQQƏT!

Sosial media nəhəngi “facebook” 18 illik tarixində ilk dəfə gündəlik aktiv istifadəçilərinin sayının azaldığını açıqlayıb.  Interval.Az SİA xarici mətbuata istinadən bildirir ki, “Feysbuk”un hədəf auditoriyasının rəqabət aparan platformalara keçməsi tarixi geriləmənin əsas səbəblərindən biridir. “Feysbuk”un ana şirkəti “Meta” dekabrın sonuna qədər olan üç ayda gündəlik istifadəçi sayının 1 milyard 929 milyon nəfərə düşdüyünü açıqlayıb. 2021-ci ilin əvvəlki rübü üçün bu rəqəm 1 milyard 930 milyon idi. “TikTok” və “YouTube”un rəqabəti qarşısında gəlir artımı ləngiyib.

Qeyd edək ki, şirkətin platformasında reklam verənlər də xərclərini azaldıblar.

Interval.Az

Bütün xəbərlərInterval.Az  Facebook səhifəmizdə


Bütün xəbərlər