Bakıda ağır qəza: “Toyota” eyni anda 4 avtomobili əzdi – VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli “Toyota” markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, “Toyota”nın sürücüsünün içkili olduğu ehtimal edilir.

Qəza ilə bağlı araşdırma aparılır.

http://


Bütün xəbərlər