Haitinin Baş nazirinə sui-qəsd cəhdi olub

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər.

Interval.az“Telesur” kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib.

Məlumata görə, Baş nazir bayram münasibətilə mərasimin keçirildiyi məbəddən çıxarkən ona bir neçə atəş açılıb. Mühafizəçilər hökumət başçısını hadisə yerindən dərhal uzaqlaşdıra biliblər. Ariel Anri sui-qəsd zamanı xəsarət almayıb.

Qeyd olunur ki, atışma nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb. Hadisə ilə bağlı bayram tədbirləri ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Interval.az

Bütün xəbərlər