Birgə Monitorinq Mərkəzinin fəaliyyəti …

Birgə Monitorinq Mərkəzinin fəaliyyəti Azərbaycanın siyasi iradəsinin gerçəkləşməsi deməkdir

Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin yaradılması ölkəmizin növbəti siyasi qələbəsi kimi qiymətləndirilməlidir.

Bunu açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, mərkəzin fəaliyyətə başlaması ilə qardaş Türkiyə dövləti nəhayət Qarabağda fiziki mövcudluq imkanı qazanmış olur.

C.Əhmədov xatırladır ki, Prezident İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə rəsmi qaydada münaqişənin həlli və atəşkəsə nəzarət işində rol oynayacaq. Hazırda mərkəzin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin və 10 noyabr bəyanatının müddəalarının gerçəkləşməsi deməkdir. Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, qətiyyətli və prinsipial siyasətinin nəticəsində regionda yeni geosiyasi konfiqurasiya formalaşır. Yeni geosiyasi reallığı Azərbaycan Prezidentinin qətiyyətli siyasəti və Azərbaycan-Türkiyə tərəfdaşlığı yaratdı:

“Bu tərəfdaşlıq Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. Prosesdə Rusiya və Türkiyənin birgə iştirakı olduqca pozitiv presedentdir və gələcəkdə regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır”

Onun sözlərinə görə, mərkəzin yaradılması və fəaliyyətə başlaması Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 formatının reallaşması istiqaməsində növbəti uğurlu addımdır. Artıq bu unikal təşəbbüsün gerçəkləşməsi istiqamətində real addımlar atılır. Kommunikasiyaların açılması regionda dərin inteqrasiya proseslərinin getməsinə əlverişli zəmin yaranıb:

“Bu mənada, 11 yanvar Moskva görüşünün əhəmiyyəti böyükdür. İran xarici işlər nazirinin region turnesi isə region ölkələrinin Azərbaycan Prezidentinin bu təşəbbüsünə kifayət qədər böyük maraq göstərdiyini deməyə əsas verir. Bu isə eyni zamanda Prezident İlham Əliyevin regionda böyük nüfuza və hörmətə malik olmasına dəlalət edir.

Qeyd etmək lazımdır ki, Monitoqinq Mərkəzi 10 noyabr bəyanatının 5-ci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədilə yaradılır. Ötən müddət ərzində mərkəzin yaradılması ilə bağlı bütün texniki-təşkilati məsələlər həll edilmiş və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Bu mərkəz tərəflər arasında əldə olunmuş razılaşmanın şərtlərinin yerinə yetirilməsinin, mümkün insidentlərin qarşısının alınmasının, araşdırılmasının təmin edilməsi üçün effektiv nəzarət mexanizmidir. Monitoqinq Mərkəzi bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynamaqla regionda çoxtərəfli və dərin əməkdaşlıq mühitinin formalaşmasına imkan verəcək.”


Bütün xəbərlər