Kamran Əliyev iki rayona yeni prokuror təyin etdi

Kürdəmir rayonuna yeni prokuror təyin edilib.

Interval.Az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru vəzifəsinə təyinat alıb.

Baş prokurorun digər bir əmri ilə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Z.Yunisov

Interval.Az


Bütün xəbərlər