“Nə yeyib, nə içirlər ki, zombiləşirlər” – Nadir Qafarzadə – VİDEO

ARB TV-nin “Show News” verilişinin növbəti qonağı müğənni Nadir Qafarzadə olub.

İnterval.Az Milli.Az-a istinadən bildirir ki, Nadir Qafarzadə bəzi insanların xarakterlərindən şikayətlənib:

“Yaxşı insan axtarışındayam. Allahın yaratdığı yaxşı insan görəndə çox sevinirəm. Deyirəm yaşamağa dəyər. Pisləri görəndə isə deyirəm ki, Allahım, tez al canımı, bunların içində mən olmayım. Demirəm ki, kamil, qüsursuz insanam. Amma onlara baxanda özümü Allahın ən mübarək bəndəsi hesab edirəm. Deyirəm ki, nə yaxşı ki, mən fərqliyəm. Şou-biznes üzdədir deyə, onda daha çox qabarıq görünür. Adi insanlar da belədir. Hərdən fikirləşirəm ki, nə yeyib, nə içirlər, bunlara hansı iynə vurulur ki, zombiləşir bu insanlar”.

http://


Bütün xəbərlər