İtkin düşən ana və 3 övladı tapıldı

Xızı rayonunda itkin düşən ana və övladları tapılıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxanla birgə Bakı şəhərində tapılaraq polis şöbəsinə gətirilib.

Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil verilib.

Qeyd edək ki, Xızıda ana və 3 övladı yanvarın 17-də itkin düşmüşdü.


Bütün xəbərlər