Hindistanda kütləvi etirazlar baş verib, ölənlər var

Hindistanın müxtəlif yerlərində yeni vətəndaşlıq qanununa qarşı keçirilən etiraz aksiyaları zamanı Manqalor şəhərində azı 2, Laknou şəhərində isə 1 nəfər ölüb.

İnterval.Az yerli KİV-ə istinadən xəbər verir ki, nümayişçilərlə polis arasında toqquşmaların baş verdiyi Laknoudakı hadisənin odlu silahdan atəş açılmasından sonra meydana gəldiyi güman edilir, lakin atəşin kim tərəfindən açıldığı məlum deyil.

Qeyd edək ki, bu gün kütləvi etiraz nümayişləri ölkənin ondan artıq iri şəhərində keçirilib, bəzi yerlərdə iğtişaş xarakteri alıb.


Bütün xəbərlər