Britaniyada məktəblər 2 aylıq bağlana bilər – Koronavirusa görə – FOTO

Britaniyada məktəblər 2 ay müddətinə bağlanıla bilər.

İnterval.Az-ın məlumatına görə, Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, Britaniyada yayılan koronavirusun daha çox insana yoluxmaması üçün məktəblər bağlana, idman yarışları və konsertlər ləğv oluna bilər.

İngiltərənin İctimai Səhiyyə Agentliyinin rəhbəri Professor Chris Whitty açıqlamasında bildirib ki, artıq Britaniyada 16 nəfər koronavirusa yoluxub.

Onun dediyinə görə virusa yoluxan şəxslər İtaliyadan qayıdan turistlərdir. Kris Uitti hesab edir ki, məktəblər aprel ayına qədər bağlanılmalıdır.

Qeyd edək ki, dekabr ayında Çində tapılan yeninöv koronavirusa 80 mindən çox insan yoluxub, 2700 nəfər sözügedən xəstəlikdən ölüb.


Bütün xəbərlər