“Netflix” 2022 premyeralarını elan etdi – VİDEO

“Netflix” striminq xidməti 2022-ci ildə premyera proqramını elan edib.

Interval.Az oxu.az-a istinadən xəbər verir ki, Striminqin yeni layihələrinə Entoni və Co Russonun “Boz adam” (“The Grey Man”) döyüş filmi, Şon Levinin “Adımız Adəmdir” (“The Adam Project”) filmi, Gilyermo del Toronun “Pinokyo” animasiyası, Dev Patelin rejissorluq debütü olan “Meymun adam” (“Monkey man”) və Rayan Consonun “Bıçaqları çıxartmaq” (“Knives Out”) filminin sikveli daxildir.

Bundan əlavə, “Netflix” Con Hill və Eddi Mörfinin (“You People”), həmçinin Kevin Hart və Mark Uolberqin (“Me Time”) iştirakı ilə komediya layihələrini elan edib.

Layihəyə Ceyson Momoa ilə “Dəniz canavarı, Yuxu diyarı” (The Sea Beast, Slumberland) cizgi filmi və Adam Sandler ilə iki reliz (“Hustle”, “Spaceman”) daxildir.

Interval.Az

 


Bütün xəbərlər