“Qarabağ”ın oyunu canlı yayımda

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək.

İnterval.Az Milli.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq.

Rumıniya təmsilçisi ilə görüş saat 18:00-da start götürəcək. Qarşılaşma PFL-in “YouTube” kanalından canlı yayımlanacaq.

18:00 Qarabağ – Akademika Klinçeni (Rumıniya)

Antalya, “Gloria Sereniti”


Bütün xəbərlər