Azərbaycanda peyvənd olunanların SAYI

Azərbaycanda bu gün 38 436 nəfər vaksinasiya olunub. Interval.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 921 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 33 435-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 114 431, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 239 838, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 746 927 nəfər təşkil edir.

Ümumilikdə isə 2 127 666 buster doza vurulub.

Bütün xəbərlər Interval.AzFacebook səhifəmizdə


Bütün xəbərlər