Münhen görüşü dünya mediasında böyük ajiotaj yaradıb

“Dünyanın nüfuzlu mətbuat orqanları və siyasi ekspertləri Münhen görüşünə böyük diqqət ayırırlar. Görüş Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bird aha əhəmiyytli rol oynadı.”

İnterval.Az xəbər verir ki, bu sözləri AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk “Xalq qəzeti”nə açıqlamasında bildirib.

E.Eltürk qeyd edib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana beynəlxalq siyasətdən, hüquqdan və tarixdən dərs keçməsi diqqətdən yayınmadı. Paşinyan reallıqdan uzaq fikirlər səsləndirməyə cəhd etsə də uğursuz alındı. Azərbaycan Prezidentinin Qarabağla bağlı səsləndirdiyi real dəlillər tam həqiqəti əks etdirirdi. Ona görə də, Paşinyan çətin vəziyyətə düşdü. Özü haqqında formalaşdırmaq istədiyi demokrat və vətənpərvər siyasi imici uğursuzluğa düçar oldu. Deyərdim ki, informasiya təbliğatında Ermənistan indiyədək belə zərbə almamışdı. Prezident İlham Əliyev Nikol Paşinyanı şahmat termini ilə desək, mat vəziyyətinə saldı.

Ekspert bidirib ki, erməni diasporunun qondarma Dağlıq Qarabağ rejimini müstəqil və beynəlxalq subyektin tərkib hissəsi olması haqqında apardığı təbliğat strategiyası da alt-üst oldu. Dünyada Ermənistanın formalaşmaqda olan işğalçı, təcavüzkar imici daha da möhkəmləndi. Görüş həm də Azərbaycanın Qarabağ məsələsində prinsipial mövqeyindən bir addım olsa geri çəkilməcəyini göstərdi.

Bundan sonra Ermənistan bütün beynəlxalq arenada ifşa olunmalıdır. Dünya birliyi qəti mövqe sərgiləməli və Ermənistan ordusunun torpaqlarımızdan çıxmasını tələb etməlidir. Artıq debat Ermənistan cəmiyyətində gərginliyə səbəb olub.


Bütün xəbərlər