Müharibə başlayandan… – Ərdoğan

Türkiyə ölkədəki bir milyon suriyalı qaçqının könüllü olaraq vətənlərinə qayıtmasına imkan verəcək layihə hazırlayır. Layihə Türkiyə və beynəlxalq QHT-lərin dəstəyi ilə həyata keçiriləcək.

Interval.Az yerli KİV-lərə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 türk QHT-si tərəfindən Suriyanın İdlib şəhərində məcburi köçkünlər üçün tikilən evlərin istifadəyə verilməsi mərasimində bəyan edib.

Dövlət başçısı qeyd edib ki, evlər 250 ayrı rayonda tikilib və illərdir Suriyanın şimalında təhlükəsizlik zonalarında çadır düşərgələrində məskunlaşan suriyalıların həyat şəraitini yüngülləşdirməyə imkan verəcək.

R.T. Ərdoğanın sözlərinə görə, kampaniya çərçivəsində ümumilikdə 77 min evin tikilməsi planlaşdırılıb, onlardan 57 mindən çoxunun tikintisi artıq başa çatıb.

Türkiyə prezidenti həmçinin digər ölkələrə göndərilmiş humanitar yardımlar barəsində danışıb.

“Ötən həftə Türkiyədən Əfqanıstana 5 min ton humanitar yardım aparan on qatar yola salınıb. Müharibə başlayandan isə Ukraynaya 100 yük maşını humanitar yardım göndərilib”, – dövlət başçısı vurğulayıb.

Interval.Az


Bütün xəbərlər