Oğurluq üçün girdiyi restoranda özünə kartof qızartdı, sonra da uzanıb, yatdı – VİDEO

ABŞ-da qəribə oğurluq hadisəsi qeydə alınıb.

İnterval.Az nypost-a istinadla xəbər verir ki, Corciya ştatında, Lourensvil şəhərində yerləşən “Taco Bell” fastfud restoranına axşam saatlarında oğru girib.

O, oğurluq üçün girdiyi restoranın mətbəxinə keçərək özünə yemək bişirib, kartof qızardıb, yeyib. Daha sonra döşəmədə uzanaraq yuxuya gedib.

Səhər saatlarında restoranı açan şəxs yerdə kiminsə yatdığını görəndə özünü itirib. O, polis çağırarkən oğru noutbuk və kassadan pul götürərək qaçıb.

Hazırda polis hər yerdə oğurluq edən şəxsi axtarır.

http://


Bütün xəbərlər