Rusiyada ağır qəza: 8 Ukrayna vətəndaşı öldü

Rusiyada baş verən yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, hadisə Pskov vilayətinin Pustoşkin rayonunda qeydə alınıb.

Faktı Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Yekatrina Zelenko təsdiqləyib.

O bildirib ki, fevralın 13-ü gecə saatlarında Ukrayna dövlət qeydiyyat nişanlı mikroavtobus yük avtomobili ilə toqquşub.

XİN sözçüsü qeyd edib ki, Ukraynanın Sankt-Peterburqdakı Baş konsulluğundan verilən məlumata görə, qəza nəticəsində 8 Ukrayna vətəndaşı ölüb, daha 1 nəfər isə xəsarət alıb.


Bütün xəbərlər