2022-ci ilin dəbdə olan rəngləri müəyyənləşdi

Yeni ilin başlanğıcı qarderobunuzu yeniləmək üçün mükəmməl vaxtdır. Qarşıda yeni mövsüm və yeni moda meylləri var, bu o deməkdir ki, yeni kolleksiyalar və ilin rəngləri ilə tanışlığa başlamaq olar.

Interval.az oxucuları moda evlərinin yaz-yay kolleksiyalarında üstünlük təşkil edən dörd rənglə tanış edir.

Laym və neon yaşılı

Əvvəlki mövsümdə olduğu kimi, yaz və yay aylarında zəngin yaşıl çalarlarının hökm sürəcəyi görünür. Yeri gəlmişkən, son moda həftələrinin heç biri neon yaşılsız ötüşməyib.

Portağal rəngi

80-ci illərin rəngləri öz mövqelərindən əl çəkmirlər: görünür, dizaynerlər bu dəfə narıncı rəngin parlaq çalarlarına aşiq olublar. Dizaynerlər onları bir-biri ilə qarışdırmağı, digər parlaq rənglərlə birləşdirməyi, hətta monoxrom geyinməyi təklif edirlər.

Lavanda tonları

Pantone  Rəng İnstitutu 2022-ci ilin əsas rəngi olaraq mavi-bənövşəyi tonlarını “xoşbəxt və isti” çalarlar adlandırıb. Yeri gəlmişkən, bu rəngə diqqət yetirən tək onlar deyil. Cari və gələcək mövsümlərdə bənövşəyi çalarları – zərif lavandadan tünd bənövşəyə qədər – əksər dizaynerlərin və moda evlərinin kolleksiyalarında yanıb-sönür. Fəşn qəhrəmanları onları baharı gözləmədən geyinməyi təklif edirlər.

Yeni mövsümdə parlaq rənglərlə yanaşı, dizaynerlər təbii çalarlara diqqət yetirməyi təklif edirlər – şokolad və zeytundan bej və südlü ağa qədər. Xüsusilə başdan ayağa ağ geyinmək 2022-ci ilin əsas trendləri arasında öz yerini alacaq. (publika.az)

Interval.az

Məqaləyə dair fotomateriallar:

Interval.az


Bütün xəbərlər