Nanə 125 metr hündürlüyü olan “Sky bridge”də – VİDEO

Aparıcı Nanə Ağamalıyeva istirahətə yollanıb.

Interval.Az xəbər verir ki, Nanə bu dəfə Malayziyada dincəlib. O, Yeni il ərəfəsində Kuala Lumpurda olduğunu vurğulayıb.

Nanə eyni zamanda 125 metr hündürlüyü olan məşhur “Langkawi Sky Bridge”ə gedib.

“Bu videonu çəkəndə çox həyəcanlı idim. Allahın yaratdığı ən kamil insan, sən nələrə qadirsən…. İki dağ arasında inanılmaz yüksəklikdə körpü düzəltmək… Buludlara yaxın, külək və azca yellənən körpü. Yüksəklik qorxusu olanlar sona qədər gedə bilmədilər. Körpünün sonuna çatdım və qayıdanda nə qədər güclü olduğumu bütün varlığımla hiss etdim. Böyük zövq aldım” deyə, Nanə paylaşımında qeyd edib.

Zamiq Yunisov

Milli.Az

 


Bütün xəbərlər