Hindistanlılar Şəhidlər xiyabanında “oyun çıxardı” – Deputat və polis işə qarışdı – VİDEO

Azərbaycanda səfərdə olan bir qrup hindistanlı gənc musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirib.

Görüntülər sosial şəbəkələrdə yayılıb. Şəhidlər Xiyabanındakı qəbirlərin önündən ritmik mahnının sədaları altında qaçan və oynayan bu gənclərin orada necə çəkiliş aparmaları müəmmalıdır.

Polisin də işə qarışdığı deyilir.

İnterval.Az modern-ə istinadən xəbər verir ki, hazırda məsələ Səbail Rayon Polis İdarəsində araşdırılır.

Sosial şəbəkə istifadəçiləri arasında ciddi narazılıq yaradan klip haqda Milli Məclisin deputatı Aydın Mirzəzadə də sərt fikirlər yazıb. Deputat ölkəmiz üçün müqəddəs sayılan məkanda belə hərəkətin yolverilməz olduğunu bildirib:

“Bu gün bir qrup Hindistan vətəndaşının Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etdiyi və klip çəkdirdiyi barədə xəbər yayıldı. Həmçinin həmin görüntülər də yayıldı. Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir.

Hesab edirəm ki, bu məsləyə çox ciddi yanaşılmalıdır. Həmin şəxslər tapılıb dərhal ölkəmizdən deport edilməli və uzun müddət Azərbaycana gəlməsinə qadağa qoyulmalıdır. Eyni zamanda Hindistanın Azərbaycandakı səfirliyinə bura səfər edən vətəndaşlarına Azərbaycanın tarixinə, dəyərlərinə hörmət edilməsini xatırlatması nəzərlərinə çatdırılımalıdır”.

Həmin görüntüləri təqdim edirik:

http://


Bütün xəbərlər