Özcanın 2 yaşlı oğluna 2 milyonluq təklif

Türkiyəli müğənni-aktyor Özcan Dənizin 2 yaşlı oğlu Kuzeyə reklam təklifi gəlib.

İnterval.Az axşam.az-a istinadən bildirir ki, Ö.Dəniz ötən il yataq firmalarından birinin siması olmuşdu. Şirkət bu il reklamda eyni zamanda aktyorun oğlunun da rol almasını istəyib.

Ötən il çəkilişdən 4 milyon lirə (təxminən 1 milyon 157 min manat) qazanan aktyora oğlu Kuzey üçün 2 milyon lirə (təxminən 579 min manat) təklif olunub.

Ö.Dənizin təklifi qəbul etdiyi, məvacibi oğlunun gələcəyi üçün bank hesabına yatırmaq istədiyi iddia edilir.

Xatırladaq ki, aktyor Burak Özçivitə də, oğlu Karanın reklamda rol alması üçün 1 milyon lirə (təxminən 289 min manat) təklif olunmuşdu, amma o qəbul etməmişdi.


Bütün xəbərlər