Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin “Facebook” səhifəsində məlumat yerləşdirilib.

“1990-ci il Yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir”, – deyə səfir bildirib.


Bütün xəbərlər