Rusiyada hərbi helikopter yaşayış binasına atəş açdı – FOTO

Rusiyanın Çita şəhərində hərbi helikopter təsadüfən çoxmənzilli binaya mərmi atəşi açıb.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, helikopter “Çeryomuşki” hərbi hava limanında hərbi sursatını boşaldan zaman problem yaşanıb və qəflətən atəş açılıb.

Vətəndaşların şikayətindən sonra hadisə yerinə gələn xilasedicilər, evə baxış keçirərək mərminin üçüncü mərtəbəyə dəydiyini təyin ediblər.

Zərbə nəticəsində şüşələr sınıb, həmçinin mərtəbələr arasındakı arakəsmələr və eyvanlar zədələnib.


Bütün xəbərlər