30-a qədər dövlət bizə silah alışı üçün müraciət edib – Nazir

2020-ci ildən sonra Azərbaycan istehsalı olan silahlara tələb artıb. Bunun da əsas səbəbi bizim tarixi zəfərimiz oldu.

İnterval.Az xəbər verir ki, bunu jurnalistlərə müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

“30-a qədər dövlət bizə silah alışı üçün müraciət edib və bu say artmaqdadır. ABŞ də bizdən silah alır”, -deyə o, əlavə edib.

Zamiq Yunisov

İnterval.Az


Bütün xəbərlər