İtaliya hökuməti karantin rejiminin yumşaldılmasının ikinci mərhələsinə hazırlaşır

İtaliya hökuməti aprelin 22-də karantindən çıxmanın ikinci mərhələsini müzakirə edəcək.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, mayın 4-dən başladılması nəzərdə tutulan yumşaldılma tədbirləri hələ ki, qüvvəsində qalır. İtaliyanın İnfrastruktur və Nəqliyyat naziri Paola de Mikeli iclasdan öncəki açıqlamasında deyib ki, yumşaltmadan sonra hər hansı bir kritik durum qeydə alınarsa məhdudiyyətlər məhz həmin əraziyə tətbiq olunacaq.

Paola de Mikeli bildirib ki, İtaliya hökuməti Avropa Komissiyasının təklif etdiyi 37 milyard avro yardımı da qəbul edə bilər, lakin bu zaman ölkə qarşısına heç bir öhdəlik qoyulmamalıdır. Bu məbləğ ölkədə iqtisadi stabilliyi bərpa etməyə yönəlməlidir.


Bütün xəbərlər