Bayden Polşaya səfər edəcək

ABŞ Prezidenti Co Bayden Polşaya səfər edəcək.

Interval.Az bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Onun Brüsseldə Aİ və NATO liderləri ilə görüşlərdən sonra Polşaya səfər etməsi gözlənilir.

“Prezident Co Bayden bu həftə Belçikanın Brüssel şəhərində NATO müttəfiqləri, G7 liderləri və Avropa İttifaqı ölkələri rəhbərləri ilə görüşlər keçirəcək. Sonra Ukraynaya dəstək vermək və Rusiyaya qarşı sanksiyaları artırmaqda beynəlxalq səyləri müzakirə etmək üçün bu həftə Polşaya gedəcək”, – deyə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Co Bayden və Anje Duda arasında ikitərəfli görüş martın 25-də Varşavada baş tutacaq.

Interval.Az


Bütün xəbərlər