“Mən sadəcə, bir yeməm”

Dünyaca məşhur aktyor Bred Pit şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

İnterval.Az ölkə.az-a istinadən bildirir ki, sevgi münasibətlərində bəxti gətirməyən aktyor media dünyasının onunla niyə bu qədər çox maraqlanması haqqında danışıb. 56 yaşlı Bred ”Şəxsi həyatım bərbaddır. Ona görə də media mənimlə bu qədər çox maraqlanır. Mən media gündəmi üçün, sadəcə, bir yeməm”. sözlərini deyib.

Qeyd edək ki, aktyor bir neçə gün əvvəl baş tutan ”Golden globe” mükafat mərasimində ”ən yaxşı köməkçi kişi aktyor” mükafatının sahibi olub.


Bütün xəbərlər