Türkiyədə COVID-19-dan ölənlərin sayı 2259-a çatıb – FOTO

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 119 nəfər ölüb.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” hesabında bildirib.

Nazir yazıb ki, son 24 saatda 39429 nəfər şübhəli müayinə olunub, test nəticələrinə görə, onlardan 4611-i koronavirus infeksiyasına yoluxub.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 2259 nəfər ölüb, 95591 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1865 nəfəri reanimasiyadadır, 14918 nəfərin isə müalicəsi müsbət nəticə verib.

Müalicə olunan 1488 xəstə bu gün evə buraxılıb.

Türkiyədə indiyə qədər ümumilikdə 713409 nəfər testdən keçib.


Bütün xəbərlər