Əsas kapitala yönəldilmiş vəsait açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında əsas kapitala yönəldilmiş vəsaitlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% artaraq 11.774,5 mln. manat olub.

Interval.Az  xəbər verir ki, bu gün bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında bildirib.

“Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti istisna olmaqla özəl sektor tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi isə 11,3% artaraq 3.082,0 mln. manat təşkil edib. Qeyri neft-qaz və tikinti-quraşdırma sektorunda sərmayələrin həcmində yüksək dinamika müşahidə olunur”, – deyə qeyd edilib.

Zamiq Yunisov

Interval.Az


Bütün xəbərlər