Ruslar Kamranın qarşısında tələb qoyub

Rusiya istehsalı olan “Rus kölə” serialının yaradıcı heyəti aktyor Kamran Ağabalayevin qarşısına tələb qoyub.

İnterval.Az axşam.az-a istinadən xəbər verir ki, onlar sənətçidən arıqlamasını istəyiblər. Elə buna görə də Kamran ekran işindən müvəqqəti uzaqlaşdırılıb:

“Avqustdan çəkilişləri başlayan “Rus kölə” serialı davam edir. Fevraldan isə canlandırdığım obrazın çəkilişləri başlayacaq. 1 ay 15 gündür bekar qalmağımın səbəbi isə senariyə uyğun 15 kiloqram arıqlama tələbimdir” – K.Ağabalayev bildirib.


Bütün xəbərlər