Ərdoğan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi: “Bir daha bəyan edirəm…”

“Türkiyə Rusiya-Ukrayna gərginliyinə son qoymaq üçün əlindən gələni edəcək”.

Interval.Az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Mən 2 ildən sonra strateji tərəfdaşımız Ukraynaya yenidən səfər etməkdən qürur duyuram. Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyimizi bir daha bəyan etmək istəyirəm. İnanıram ki, biz hər sahədə ikitərəfli əməkdaşlığımızı gücləndirəcəyik”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan bu gün imzalanan azad ticarət sazişindən də danışıb:

“10 milyard dollarlıq ticarət həcmi hədəfini qiymətləndirdik. İnanıram ki, razılaşma bizi tez bir zamanda bu məqsədə aparacaq”.

Interval.Az


Bütün xəbərlər