Özünü jurnalist kimi təqdim edərək vətəndaşları şantaj edən şəxs tutuldu

Hacıqabulda vətəndaşları şantaj edən şəxs saxlanılıb.

İnterval.Az APA-ya istinadən xəbər verir ki, ayrı-ayrı vətəndaşlar rayon polis şöbəsinə müraciət edərək şantaja məruz qaldıqlarını bildiriblər.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şirvan sakini, 1958-ci il təvəllüdlü İlham Rəsul oğlu Həsənov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, İ.Həsənov özünü “dogruxeber.com” saytının əməkdaşı kimi təqdim edərək vətəndaşları şantaj edib və onlardan böyük məbləğdə pul tələb istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bütün xəbərlər