Bakıda dəhşət: qardaş bacısının boğazını kəsdi

Bakıda qətl hadisəsi baş verib.

İnterval.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 12, mənzil 26-da baş verib.

Zəngilan rayon sakini, Sahib Ələkbər oğlu Cəfərov bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı qısqanclıq zəminində boğazını ülgüclə kəsərək qətlə yetirib.

Daha sonra S.Cəfərov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gələrək cinayəti etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsədən adam öldürmə) maddəsi ilkə cinayət işi başlanılıb.


Bütün xəbərlər