“Z-Company 2007” şirkətinin unutmadığı, nikbinliyi ilə sevənlərinin yad etdiyi Ceyran Nəriman – FOTO

Əmək fəaliyyətinə teatrda başlasa da, amma uzun illər mətbuat və televiziya səhəsində çalışmasıyla hər kəsin sevimlisi olan Ceyran Nəriman hər zaman nikbinliyi ilə yaddaşlarda qalıb.

Vəfatından bir il keçməsinə baxmayaraq, onu həmkarları və sevənləri unutmayıb. Ceyranın fəaliyyət illərinin ən yadda qalanı əməkdar artist, bəstəkar Gövhər Həsənzadənin mətbuat katibi və “Z-Company 2007” şirkətiylə çalışdığı vaxtları idi ki, o, həmin ərəfələrdə bir neçə layihələrdə müxtəlif vəzifələri uğurla icra edib və bu, onun həm yaradıcılıq, həm də iş fəaliyyətində məxsusi iz buraxıb.

Ceyranın 2011-2014-cü illərdək “Z-Company 2007” şirkətinin mətbuat katibi, o cümlədən, 2012-2013-cü illərdə şirkətin hazırladığı “Mix maqazin” verilişinin baş redaktoru və digər layihələrdə çalışdığı vaxtlar uğurlu anlar idi. Çünki peşəkarlığıyla işlərinin uğur qazanmasına çalışan Ceyranı bu həyatdan ayıran zalım xəstəliyi oldu. Belə ki, Ceyran illər öncə döş xərçəngindən əziyyət çəkib və buna görə əməliyyat olunsa da, başında və onurğa sümüyündə aşkarlanan bədxassəli şiş metastaz verdiyindən xilas etmək mümkün olmayıb. Ceyran Nəriman hər zaman onu sevənlərin qəlbində yaşayacaq və daim yad ediləcək.

Allah rəhmət eləsin!

Fuad Mədətov


Bütün xəbərlər